Prezident İlham Əliyevin Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı söylədiklərinə qulaq asırıq.
Heftelik.az xəbər verir ki, bunu bu gün Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bəyan edib.
“Biz Prezidentin dediyi kimi, regionda cərəyan edən hadisələr barədə çoxlu müzakirələr apardıq. Biz Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək dəyərləndiririk. Lakin biz, eyni zamanda, cənab Prezident və onun heyətinin İranda və Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı söylədiklərinə də qulaq asırıq. Bir daha fürsətdən istifadə edərək bu yaxınlarda Azərbaycana qarşı edilmiş dron hücumları ilə bağlı Latviyanın bu məsələdə Azərbaycanla tam həmrəy olduğunu ifadə etmək istəyirəm. Biz vəziyyətin normallaşması üçün atıla biləcək və atılmalı addımları müzakirə etdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Latviya bütün ölkələrlə işləməyə və onları dinləməyə hazırdır. Regional məsələlərə gəldikdə, Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir”, – deyə Latviya Prezidenti qeyd edib.
