Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

Heftelik.az xəbər verir ki, O, işdən çıxarılması ilə bağlı ərizə yazdığını Bakupost.az -a təsdiqləyib.

“Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.

Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən bu vəzifədə çalışırdı.

Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Yeni Klinikanın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.