Uçotdan çıxarılma barədə müraciət edən şəxslərə əlavə məlumat təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Vergi orqanının əməkdaşı xüsusi bildiriş təqdim edir.
Bu bildirişdə uçotun ləğv edilməsindən əvvəl yerinə yetirilməli prosedurlar göstərilir.
Sənəd Dövlət Vergi Xidməti tərəfindən müəyyən olunmuş formada tərtib edilir.
Müraciət edən şəxs həmin sənədi imzalayaraq qəbul edir.
Beləliklə prosedurun növbəti mərhələləri barədə məlumatlandırılır.
