Türkiyə millisinin və Madridin “Real” klubunun ulduz oyunçusu Arda Gülərin bud əzələsində zədə aşkarlanıb.

Heftelik.az xəbər verir ki, Arda Gülər “Real”-ın bu mövsum La Liqada qarşıdakı 4 həftə ərzində keçirəcəyi son 6 oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, La Liganın 32-ci turunda “Alaves”-i öz meydanında 2:1 hesabı ilə məğlub edən “Real”-ın start heyətində meydana çıxan Arda Gülər aldığı zədədən sonra oyunu davam etdirə bilməyib və 58-ci dəqiqədə Franco Mastantuono ilə əvəzlənib.

Klubunun tibbi heyətinin açıqlamasında deyilir ki, bu gün aparılan müayinələr nəticəsində Arda Gülərə sağ ayağının bud əzələsində (biceps femoris) əzələ zədəsi diaqnozu qoyulub.

Beləliklə, Arda Güler zədələnməsi səbəbindən “Real Betis”, “Espanyol”, “Barcelona”, “Real Oviedo”, “Sevilla” və “Atletico”  (Madrid) ilə keçiriləcək oyunlarda forma geyinə bilməyəcək.

Arda Gülərin  Dünya Kubokuna qədər sağalaraq Türkiyə millisinin heyətində çıxış etməsi gözlənilir.

Qeyd edək ki, bu mövsüm “Real” forması ilə 50 oyuna çıxan Arda Gülər 6 qol vurub, 14 məhsuldar ötürmə verərək ümumilikdə 20 qola birbaşa töhfə verib.