Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən xəbərə görə, yerli vaxtla saat 09:57-də qeydə alınan zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 18 zəlzələ olub.
