Bəzi hallarda fiziki şəxslər vergi orqanına müraciət etmədən də uçota alına bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Vergi orqanı belə hallarda öz təşəbbüsü ilə uçot aparır.
Bu, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən həyata keçirilir.
Uçota alınma barədə şəxsə rəsmi bildiriş göndərilir.
Bildiriş 5 gün müddətində təqdim edilməlidir.
Onun forması Dövlət Vergi Xidməti tərəfindən təsdiq olunur.