Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat və hərtərəfli iştirak imkanları yaradır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Fiziki mühit, nəqliyyat və informasiya-kommunikasiya sistemlərindən istifadənin təminatı aparılır. Digər obyekt və xidmətlər əlilliyi olan şəxslər üçün əlçatan edilir. Məqsəd onların digərləri ilə bərabər həyat sürməsini təmin etməkdir.