Əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində xidmətlər elektron qaydada həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Xidmətlər mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə təmin olunur. Məqsəd sosial müdafiə və təminatın əlçatanlığını artırmaqdır. Elektron xidmətlər idarəetməni səmərəli edir.