Əlilliyin müəyyən edilməsi orqanizmin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə əsaslanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Qiymətləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Əlilliyin təkrar qiymətləndirilməsi tibbi-sosial ekspertiza əsasında aparılır. Qiymətləndirmə nəticəsində qərar qəbul edilir və elektron sistemə daxil edilir.