Yüksək binalarda külək yüklərinin hesablanması layihələndirmə mərhələsində aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Külək yükü iki variantla müəyyən edilə bilər: səthlərə tətbiq olunan normal təzyiq və konstruksiyanın ümumi müqaviməti əsasında. Xarici və daxili səthlər üçün aerodinamik əmsallar nəzərə alınır. Külək qüvvələri vektor cəmi ilə müəyyən edilir.
