İranın neft infrastrukturu partlamasına 3 günü qaldı.

Hefterlik.az xəbər verir ki, bunu “Fox News”-a ABŞ Prezidenti Donald Tramp bildirib.

ABŞ Donanmasının Hürmüz Boğazındakı blokadasının davam etdiyini və bu fəaliyyətin uğurlu nəticələr verdiyini bildirən Donald Trump qeyd edib ki, blokada səbəbindən İranın neft infrastrukturu çökə bilər: “İranın neft anbarlarının dolması və ehtiyatları saxlamaq üçün yerin olmaması texniki problemlərə gətirib çıxaracaq və nəticədə neft boru kəmərlərində ciddi dağıntılar baş verə bilər. İranın neft infrastrukturu partlamadan əvvəl təxminən 3 günü qalıb”.