Əlilliyi olan şəxslərin seçmək və seçilmək, referendumda iştirak etmək hüququ vardır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Onlar siyasi partiyalar və qeyri-hökumət təşkilatlarında iştirak edə bilirlər. Seçkilərdə xüsusi şərait yaradılır. Məqsəd əlilliyi olan şəxslərin siyasi və ictimai həyatda bərabər iştirakını təmin etməkdir.