Əlilliyin qiymətləndirilməsi 10 iş günü müddətində aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Əlavə araşdırma tələb edildikdə müddət 15 iş gününə uzadıla bilər. Qiymətləndirmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsin əlillik statusu yalnız bu qaydada rəsmiləşdirilir.