Fiziki şəxslərin vergi uçotuna alınması qısa müddətdə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Vergi orqanı sənədlər daxil olduqdan sonra bir gün ərzində uçotu həyata keçirir.
Bundan sonra fiziki şəxsin uçotu haqqında şəhadətnamə hazırlanır.
Şəhadətnamə vergi ödəyicisinin elektron kabinetinə göndərilir.
Zərurət olduqda sənəd kağız daşıyıcısında da təqdim edilə bilər.
Şəhadətnamə vergi ödəyicisinə əsasən bir dəfə verilir.
