Dövlət əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində bərabər imkanlar yaradır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.

Əlilliyi olan şəxslərin reabilitasiyası və hərtərəfli inkişafı təmin olunur. Onların sosial və təhsil imkanları qorunur. Dövlət, əlilliyi olan şəxslərin hüquqlarının tam həyata keçirilməsini təmin etmək üçün konkret tədbirlər görür.