“Fənərbaxça”da növbədənkənar prezident seçkisinin vaxtı bəlli olub.
Heftelik.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Seçki iyunun 6-7-də keçiriləcək.
İlk yığıncaqda kifayət qədər səs çoxluğu təmin olunmasa, seçkilərin ikinci mərhələsi baş tutacaq.
Hazırkı prezident Sadettin Saranın növbəti dəfə namizədliyini irəli sürməyəcəyi məlum olub.
