Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.
Heftelik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.
Memarlıq və İnşaat Universitetinin Mətbuat xidimətinin rəhbəri Nicat Abdullayev bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib. Onun sözlərinə görə, universitetin binasına tüstü yayılıb: “Ona görə binadakı bütün tələbələr, əməkdaşlar və müəllimlər təxliyə olunub. Yanğın Fövqaladə Hallar Nazirliyinin yağınsöndürmə birqadaları tərəfindən söndürülüb, ərazi tamamilə nəzarətə götürülüb. Yanğın zamanı xəsarət alan olmayıb”.
