
Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı araşdırılır.
Heftelik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 11.32
Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər.
Y.Atalay hadisə yerində ölüb, T.Bəkirova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.
