Kürdəmirdə evdə yanğın olub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində baş verib.
Kənd sakini, 45 yaşlı Toğrul Eminova məxsus fərdi yaşayış evi yanıb. Nəticədə ev sahibinin qardaşı, həmin kənd sakini Fikrət Eminov yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyi də Kürdəmirdə baş verən yanğınla bağlı məlumat yayıb.
Qeyd edilib ki. “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 168 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində evin yanar konstruksiyaları 144 kv.m sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 45 yaşlı Fikrət Mütəllim oğlu Eminovun meyiti aşkar edilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.
