ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı hədələyib.
Heftelik.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Artıq o yaxşı adam yoxdur”, – Tramp özünü nəzərdə tutaraq bildirib.
“İran özünü ələ ala bilmir. Onlar qeyri-nüvə razılaşmasını necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllanmalıdırlar”, – ABŞ Prezidenti qeyd edib.
Tramp mətni özünün əlində silah olan fotosu ilə paylaşıb.
