Sumqayıtda bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlanılıb.
Heftelik.az Lent.az-a istiandən xəbər verir ki, yayılan görüntülərlə bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.
Görüntülərdən məlum olur ki, naməlum şəxs bayrağa qarşı qeyri-etik hərəkət edir. Bunu görən yoldan keçənlərdən biri həmin şəxsə yaxınlaşaraq irad bildirir. Bundan sonra o, bayrağı öpərək üzrxahlıq edir.
