Tanınmış jurnalist Eynulla Fətullayev sahibi olduğu rusdilli  haqqın.az saytını satıb.

Heftelik.az Gununsesi.info-ya istinadən xəbər verir ki, baş redaktor bu axşam saatlarında kollektivlə vidalaşıb.

Məlumatda bildirilir ki, Eynulla Fətullayev bundan sonra Türkiyədə yaşamağa qərar verib.

Qeyd edək ki, Eynulla Fətullayev həbsdən azad ediləndən sonra adıçəkilən media quruluşunu yaratmışdı.