Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzində mebel sexində yanğın hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı araşdırma aparılır.