İspaniya Baş naziri Pedro Sançesin göyərtəsəsində olduğu təyyarədə texniki nasazlıq yaranıb, Ankaraya təcili eniş edib.
Heftelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısına qatılmaq üçün yola çıxan İspaniyanın Baş nazirinin olduğu təyyarədə “gözlənilməz” texniki problem yaranıb.
Təyyarə Ankaraya təcili eniş edib. İspaniya nümayəndə heyətinin gecəni Ankarada keçirdikdən sonra İrəvana yola düşəcəyi bildirilib.
