Yerin təkindən istifadə geoloji axtarış, faydalı qazıntıların çıxarılması və digər fəaliyyətləri əhatə edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yerin təki haqqında” qanunda əksini tapıb.

Həmçinin yeraltı qurğuların tikintisi və elmi məqsədli istifadə də nəzərdə tutulur.

Dağ-mədən tullantılarından istifadə və geoloji kolleksiyaların toplanması da bu sahəyə daxildir.

Qanun eyni zamanda xüsusi mühafizə olunan geoloji obyektlərin yaradılmasını da tənzimləyir.