Dövlət siyasəti milli informasiya fəzasının formalaşdırılmasını əsas istiqamət kimi müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Dövlət informasiya ehtiyatlarının yaradılması və mühafizəsini prioritet hesab edir. İnformasiya bazarının inkişafı və rəqabətin təmin edilməsi də əsas məqsədlərdən biridir. Milli təhlükəsizlik informasiya fəzasında xüsusi əhəmiyyət daşıyır. Dövlət həmçinin informasiya layihələrinin dəstəklənməsini və investisiya cəlbini təşviq edir.
