İnformasiya ehtiyatlarına çıxış və istifadə hüquqları bərabərlik prinsipi əsasında təmin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
İstifadəçilər informasiya əldə etmək üçün əsaslandırma təqdim etməyə məcbur deyillər.
Mənbəyə istinad edilməklə törəmə informasiya məhsullarının yaradılmasına icazə verilir.
İstifadə qaydaları mülkiyyətçi və ya dövlət orqanı tərəfindən müəyyən edilir.
Fiziki və hüquqi şəxslərin özləri barəsində informasiyaya çıxış hüquqları qanunla qorunur.