“Fənərbaxça”nın keçmiş prezidentlərindən olan Aziz Yıldırım klubun növbədənkənar seçkili ümumi qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.

Heftelik.az Türkiyə mediasına istinadən  xəbər verir ki,  Aziz Yıldırım prezident seçkilərində namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib.

Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbaxça”nın prezidenti vəzifəsini icra edib.