Bodrumda musiqiçi Hüseyn Cebeci (59) evində ov tüfəngi ilə vurulmuş halda ölü tapılıb.
Heftelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir dövr mərhum müğənni Barış Manço ilə eyni səhnəni bölüşən Cebecinin xərçəng xəstəsi olduğu bildirilib.
Hadisə ötən gün saat 22:00 radələrində Müskebi məhəlləsi, Müskebi küçəsində baş verib. Hüseyn Cebeci ilə əlaqə saxlaya bilməyən dostu O.T. onun tək yaşadığı evinə gedib.
O.T. Hüseyn Cebecini evin yuxarı mərtəbəsində qan içində, yerdə hərəkətsiz vəziyyətdə taparaq polisə məlumat verib. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Tibb işçilərinin müayinəsi zamanı Cebecinin ov tüfəngi ilə sinəsindən vurularaq həyatını itirdiyi müəyyən edilib. Hüseyn Cebecinin meyiti polis və prokurorluğun hadisə yerində apardığı araşdırmalardan sonra ekspertiza üçün Muğla Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna aparılıb.
Bir dövr mərhum sənətçi Barış Manço ilə eyni səhnəni bölüşən Cebecinin bir müddətdir xərçəng xəstəliyinə görə müalicə aldığı öyrənilib. Hüseyn Cebecinin intihar etdiyi ehtimalı üzərində dayanıldığı bildirilib.

