
İnternet informasiya ehtiyatlarının yaradılması domen adları sistemi vasitəsilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda əksini tapıb.
Domen adlarının qeydiyyatı və reyestri müvafiq inzibati orqanlar tərəfindən aparılır.
İnternet informasiya ehtiyatının sahibi məzmunun yerləşdirilməsi və idarə olunmasına görə məsuliyyət daşıyır.
Saytlarda hüquqi məlumatların və sahiblik məlumatlarının açıq şəkildə göstərilməsi tələb olunur.
Domen adlarının istifadəsi və qaydaları dövlət tərəfindən müəyyən edilir.
