Vağzallarda yüksək komfortlu gözləmə zalları təşkil oluna bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu zallar digər sahələrdən tam təcrid edilir. Onlar qeydiyyat, istirahət və xidmət zonalarına malik olur. Əlavə olaraq kafe və uşaq otaqları yerləşdirilə bilər. Sahə sərnişin axınına görə müəyyən edilir.