ABB Özbəkistan bazarına daxil olub.

Heftelik.azxəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, ABB-nin səhmdarlarının qərarı ilə bank Özbəkistanın “Davr” bankından nəzarət səhm paketinə sahib olub. Bank “ABB-Davr” adlanacaq.

ABB-nin İdarə Heyətinin sədri qeyd edib ki, ABB sözügedən banka 100 mln. dollar yatırım edib. “Davr Bank”ın aktivləri təxminən 1 mlrd. ABŞ dolları təşkil edir. Bankın 1,4 milyon müştərisi, 43 filialı və müştəri xidmət mərkəzi mövcuddur.

A. İbrahimovun sözlərinə görə, bank əsasən kiçik bizneslərlə işləyir və xarici maliyyə institutları ilə güclü əlaqələrə malikdir. O bildirib ki, “Davr Bank”ın 400 mln. ABŞ dollarından çox xarici maliyyələşməsi var.

ABB rəhbəri əlavə edib ki, tərəflər eyni maraq və strateji baxışı paylaşırlar.