İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.
Audiovizual Şuradan Heftelik.az-a verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:
Əhmədov Ayxan Əbdül Kərim oğlu
Əzimov Tural Qürbət oğlu
Məmmədzadə Tural Sahib oğlu
Qulamov Arzu Aydın oğlu
Baxşıyeva İlhamə Rafiq qızı
Məmmədov Fikrət Alı oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Şahsuvarov Taleh Novruz oğlu
Nağıyev Anar Əlişah oğlu
Əliyeva İlahə Xudu qızı
Cəfərov Əli Sucəddin oğlu
Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.
Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.
Qeyd edək ki, Balakişi Qasımov hazırda İTV-nin baş direktorudur.
