Domen adlarının milli inzibatçısı “az” domen zonasını idarə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Domen qeydiyyatçıları isə bu sahədə xidmət göstərən subyektlərdir. Onlar domenlərin qeydiyyat prosesini həyata keçirir. Domen sahibləri isə həmin adlara müddətli sahiblik edir. Bu sistem internet idarəçiliyinin əsas strukturunu təşkil edir.
