Prokurorlara və müstəntiqlərə rütbələr müsbət qiymətləndirmə əsasında ardıcıl verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda əksini tapıb.
Qanunun 18.10 və 18.12-ci maddələrində nəzərdə tutulmuş hallarda ardıcıllıq tələb olunmaya bilər.
Rütbələr tutulan vəzifənin təsnifatına uyğun təyin olunur.
Beləliklə, həm əməliyyatçılar, həm də rəhbər heyət üçün rütbə sistemi müəyyən edilmişdir.