İranın yeni Ali Lideri Müctəba Xameneinin hava zərbəsi nəticəsində aldığı xəsarətlərin, demək olar ki, tam sağaldığı bildirilir.

Heftelik.az xəbər verir ki, bu barədə “Al Araby” hökumət müşavirələrinin koordinatoru Məzahər Hüseyniyə istinadən məlumat yayıb.

Məlumata görə, İranın yeni lideri fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi birgə hərbi əməliyyat zamanı yaralanıb. Həmin hücum nəticəsində onun atası – İranın rəhbəri Əli Xamenei və həyat yoldaşı ölüblər.
İran rəsmisinin sözlərinə görə, partlayış dalğasının təsiri ilə Müctəba Xamenei yerə yıxılıb və dizindən, bel nahiyəsindən, eləcə də qulağının arxa hissəsindən yüngül xəsarətlər alıb.
Məzahər Hüseyni bildirib ki, onun belindəki zədə artıq sağalıb, dizindəki problemin isə yaxın vaxtlarda tam aradan qalxacağı gözlənilir. Qulağının arxasında yaranan kiçik kəsiyin isə əmmaməyə görə görünmədiyi qeyd olunub.
“The Wall Street Journal” vurğulayıb ki, bu, İran hakimiyyətinin yeni ali liderin yaralanması ilə bağlı detalları ilk dəfə açıq şəkildə paylaşdığı haldır.