“Fənərbaxça” Joze Mourinyonun ödənilməmiş ödənişləri və UEFA ilə müzakirələrdən sonra büdcəyə daxil edilmiş Kərəm Aktürkoğlunun maaşı səbəbindən xərc limitini aşıb. UEFA tərəfindən təxminən 10 milyon avro məbləğində cərimə tətbiq olunacaq. Cərimə qətiləşdirilib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki,  iddialara görə, “Fənərbaxça”nın xərc limitini aşmasına səbəb baş məşqçi Joze Mourinyoya ödənilməmiş ödənişlər və UEFA ilə danışıqlardan sonra büdcəyə daxil edilmiş Kərəm Aktürkoğlunun maaşı olub. Bu hadisədən sonra UEFA-nın İstanbul klubu ilə bağlı qərarını verdiyi bildirilib.

Məlumata görə, UEFA-nın “Fənərbaxça”nı təxminən 10 milyon avro cərimələmək qərarı qətiləşib. Rəsmi prosesin qısa müddətdə başa çatacağı gözlənilir.

Xəbərdə xüsusilə Joze Mourinyonun maliyyə öhdəliklərinin və Kərəm Aktürkoğlunun maaş planlamasının UEFA-nın araşdırmasına təsirli olduğu bildirilir. “Fənərbaxça” hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Bütün diqqət artıq UEFA-nın rəsmi açıqlamasına yönəlib. Klubun qərardan sonra hansı addımı atacağı hələlik məlum deyil.