Bu gün saat 18:00-a olan faktiki hava açıqıanıb.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az verilən xəbərə görə, mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.
