Torpaq sahibləri müəyyən qaydada öz ehtiyacları üçün yer təkinin üst qatından istifadə edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yerin təki haqqında” qanunda əksini tapıb.
Onlar beş metr dərinliyədək ümumi faydalı qazıntıları çıxara bilərlər.
Həmçinin kiçik miqyaslı yeraltı qurğuların tikintisi mümkündür.
Bu fəaliyyətlər əsasən şəxsi ehtiyacların ödənilməsinə yönəlib.
