Yeni yataqları aşkar edən şəxslər xüsusi status alır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yerin təki haqqında” qanunda əksini tapıb.
Əvvəllər məlum olmayan yataqları üzə çıxaranlar kəşfçi hesab olunur.
Eyni zamanda mövcud yataqlarda əlavə ehtiyatlar aşkar edənlər də bu kateqoriyaya daxildir.
Bu fəaliyyət elmi əsaslandırmaya söykənməlidir.