Bu qanun Azərbaycanda fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin mühasibat uçotunun aparılmasını tənzimləyir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.

O, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını müəyyən edir. Qanun həmçinin normativ aktların razılaşdırılaraq tətbiq olunmasını tələb edir. Ələt azad iqtisadi zonası isə bu qanunun tətbiq dairəsindən istisna edilir.