Faydalı qazıntılar yerləşən sahələrdə tikinti işlərinin aparılması xüsusi şərtlərlə tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yerin təki haqqında” qanunda əksini tapıb.
Bu ərazilərdə yaşayış və sənaye obyektlərinin tikintisi yalnız səlahiyyətli qurumun icazəsi ilə mümkündür.
İcazə verilərkən faydalı qazıntıların çıxarılma imkanları və iqtisadi səmərəlilik nəzərə alınır.
Həmçinin təhlükəsizlik və yerli şərait əsas meyar kimi götürülür.
