Bu Qanun Azərbaycanda məşğulluq sahəsində dövlət siyasətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb.

Sənəd işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi üçün dövlət təminatlarını da tənzimləyir. Qanun Konstitusiyanın müvafiq maddələrinə uyğun olaraq qəbul edilib. Əsas məqsəd əmək bazarında sabit və şəffaf mexanizmlərin yaradılmasıdır.