“Benfika”nın baş məşqçisi Joze Mourinyo keçmiş komandası “Real Madrid”lə razılığa gəlib. Portuqaliyalı mütəxəssis gələn həftə Madridə gedərək özünü yenidən “kral klubu”na bağlayan rəsmi müqaviləyə imza atacaq.
Avqust ayının son həftəsində Fenerbahçe klubundan ayrılan və sentyabr ayının üçüncü həftəsində Benfica komandasının başına keçən Jose Mourinhonun Portuqaliya nəhəngindəki macərası qısa çəkib.
Portuqaliya Liqasında son tura məğlubiyyətsiz çıxmasına baxmayaraq, 77 xalla 3-cü pillədə qərarlaşan “Benfika” ilə Mourinyo arasındakı münasibətlərin pozulduğu bildirilir.
Gələn həftə “Real Madrid”lə müqavilə imzalayacaq
“Correio da Manhao TV”nin məlumatına görə, Real Madrid rəhbərliyi ötən axşam etibarilə Joze Mourinyo ilə bütün məsələlərdə razılığa gəlib.
63 yaşlı mütəxəssis sabah “Eştoril”lə keçiriləcək son tur oyununda “Benfika”nın baş məşqçisi kimi son dəfə meydana çıxacaq. Mourinyo gələn həftə Madridə yollanacaq və “Real Madrid”in yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacaq.
7 milyon avro təzminat ödənəcək
“Record” qəzetinin xəbərinə görə, “Benfika” ilə Mourinyo arasındakı müqavilədə mövsümün son oyunundan sonrakı 10 günlük müddət üçün xüsusi çıxış maddəsi yer alıb. Bu maddəni aktivləşdirmək istəyən tərəf müqavilənin pozulmasına görə qarşı tərəfə 7 milyon avro təzminat ödəməlidir.
“Real Madrid” Joze Mourinyonu rəsmi olaraq komandanın başına gətirdikdən sonra bu məbləği “Benfika”ya ödəyəcək.
Mourinyonun “Benfika”dakı göstəriciləri
“Benfika” Joze Mourinyonun rəhbərliyi altında bütün turnirlərdə 44 oyuna çıxıb. Komanda bu görüşlərdə 26 qələbə qazanıb, 10 heç-heçə edib və 8 məğlubiyyət alıb. Mourinyo “Benfika”da oyun başına orta hesabla 2 xal toplayıb.
Mourinyonun ilk “Real Madrid” dönəmi
Joze Mourinyo 2010-2013-cü illərdə çalışdırdığı “Real Madrid”lə 1 dəfə La Liqa, 1 dəfə İspaniya Kral Kuboku və 1 dəfə İspaniya Superkubokunun qalibi olub.
“Əflatun-ağlar” Mourinyonun rəhbərliyi altında ardıcıl üç mövsüm UEFA Champions Leaguenin yarımfinalına yüksəlsə də, turnirin qalibi ola bilməmişdi.
