İspaniyanın Ali Məhkəməsi kolumbiyalı müğənni Şakira barəsində məşhur vergi fırıldaqçılığı işi üzrə bəraət hökmü çıxarıb. İndi Maliyyə Nazirliyi ona daha əvvəl ödədiyi 69,8 milyon dollardan çox cəriməni faizlə birlikdə geri qaytarmalıdır.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, uzun illər davam edən məhkəmə çəkişməsinə səbəb müğənninin 2012–2014-cü illərdə İspaniya büdcəsinə 14,5 milyon avro vergi ödəməkdən yayındığı iddiaları olmuşdu.

2022-ci ilin yayında İspaniya prokurorluğu sərt mövqe tutaraq ulduz sənətçi üçün 8 il 2 ay həbs cəzası və 23 milyon avro məbləğində cərimə tələb etmişdi.

Şakira isə ardıcıl şəkildə İspaniya hakimiyyəti qarşısında heç bir vergi borcunun olmadığını bildirirdi.

2023-cü ildə müğənni həbs cəzasından yayınmaq məqsədilə məhkəmə ilə razılığa gəlmiş və bu çərçivədə 15 milyon dollar ödəmişdi.