Türkiyədə restorana silahlı hücum olub.
Heftelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Mersin vilayətinin Tarsus rayonunda baş verib.
Belə ki, silahlı hücum nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yaralıların sayının arta biləcəyi bildirilib.
