Baş mühasib uçotun düzgün aparılmasına cavabdeh şəxs kimi müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.

Bir sıra iri və ictimai əhəmiyyətli qurumlarda baş mühasibin peşəkar mühasib olması tələb olunur. Mühasibat xidmətləri göstərən şirkətlərdə də peşəkar mühasib məcburidir. Bu, maliyyə hesabatlarının keyfiyyətini təmin etmək məqsədi daşıyır.