Rusiyada “Orexovskaya” mütəşəkkil cinayət qrupunun keçmiş killeri Oleq Pronin 24 illik həbsdən sonra azadlığa çıxıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Moskvannın ən qəddar muzdlu qatillərindən biri hesab edilən keçmiş OPG üzvü 2023-cü ildə azadlığa buraxılıb.

Yerli medianin yaydığı məlumata görə, amansız cəllad 24 il həbsdə qaldıqdan sonra daimi yaşamaq üçün dəniz kənarına köçüb. Hazırda Proninin 58 yaşı var.

O, 67 yaşlı həyat yoldaşı,eyni zamanda keçmiş vəkiliolan Yelena Kurakina ilə birlikdə Krımda gizli həyat sürür. Cütlük dolanışıq üçün Proninin doğulduğu Kemerovo şəhərində valideynlərinə məxsus üçotaqlı mənzili 4 milyon rubla satıb. Qatilin adının diqqət çəkməməsi üçün satış işləri ilə həyat yoldaşı məşğul olub.

“Al Kapone” ləqəbli Pronin iş tapmaqda əvvəlcə çətinlik çəkib. Daha sonra isə Rusiyanın ən məşhur killerlərindən biri yerli taksi xidmətinə işə götürülüb. Keçmiş bandit köhnə “Mazda” markalı avtomobillə VIP müştəriləri daşıyır. Müştərilər isə təbii ki, sürücülərinin vaxtilə 22 nəfəri öldürdüyünü bilmirlər.

Məlumata görə, Pronin həbsxanada olduğu müddətdə də aqressiyasını cilovlamağı tam öyrənməyib. “Orexovskaya” qrupunun keçmiş muzdlu qatili cəzaçəkmə müəssisəsində rejimi dəfələrlə kobud şəkildə pozub. Buna görə də azadlığa çıxdıqdan sonra onun üzərində üç il müddətinə ciddi nəzarət tətbiq edilib.

O, Krım ərazisini tərk edə bilmir və gecələr taksi fəaliyyəti göstərməsi qadağandır. Çünki axşam saat 22:00-dan səhər 06:00-a qədər evdən çıxmasına icazə verilmir. Bundan əlavə, ayda iki dəfə polis bölməsində qeydiyyatdan keçməlidir.

Lakin bu nəzarətin payızda başa çatacağı bildirilir. Bundan sonra isə keçmiş killer tam sərbəst və nəzarətsiz həyat yaşayacaq.