Şəmkirdə bədbəxt hadisə baş verib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman divar uçub.
Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.
Bədbəxt hadisə nəticəsində Göygöl rayon sakini, 44 yaşlı İlqar Quliyev ölüb, onun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şəmkir rayonu Yeni Yol kənd sakini, 53 yaşlı Ələddin Bayramov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır
