Malatyada 5,6 maqnitudalı zəlzələ baş verib.
Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 09.00-da qeydə alınan zəlzələnin ocağı 7.03 km dətinlikdə yerləşib.
Zəlzələnin Elazığ, Adıyaman və Kahramanmaraşda da hiss olunduğu bildirilib.
Hazırda dağıntı və tələfatla bağlı məlumat yoxdur.
